Rəfiqəsi Maradonadan 6,3 milyon dollar tələb edir

23 May 2019 08:28

Futbol əfsanəsi Dieqo Maradona Buenos-Ayres hava limanında polis tərəfindən saxlanılıb.

Ona keçmiş rəfiqəsi Rosio Oliva tərədindən rəsmi iddia təqdim olunub. İddiada Oliva Maradonadan 6,3 milyon dollar təzminat tələb edib. Onların 6 il görüşdükləri bildirilir.

Maradona hazırda Meksikada yaşayır və yerli "Dorados de Sinaloa" futbol komandasını çalışdırır. Apreldə əfsanəvi ulduz komandadan gedəcəyini və futbol ilə vidalaşacağını dilə gətirib. 

Milli.Az