Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub

23 May 2019 08:23

Beyləqanda yanğın qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Beyləqan rayonunun Birinci Şahsevən kəndində ümumi sahəsi 290 m² olan məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli binanın dəhlizinə yığılan ev əşyaları 60 m² sahədə, tavanı 50 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az