Bakıda birmərtəbəli evdə yanğın olub

23 May 2019 07:45

Bakıda yanğın qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 110 m² olan birmərtəbəli evin zirzəmisində istifadəsiz ev əşyaları və lambirindən ibarət tavan 15 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az