İran regionda ABŞ gəmilərinin hərəkətlərini tamamilə nəzarətdə saxlayır

23 May 2019 07:35

İran Silahqlı Qüvvələri ABŞ-ın hərbi gəmilərinin Yaxın Şərqdə hərəkətlərini tamamilə nəzarətdə saxlayır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun komandanının müavini Əli Fədavi deyib.

Ə.Fədavi bildirib: Fars körfəzində olan ABŞ-ın hərbi gəmiləri Hərbi Dəniz Qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusunun tamamilə nəzarəti altındadır. Naratlığa əsas yoxdur".

Qeyd edək ki, ABŞ Fars körfəzinə və yaxınlığına azı 7 hərbi gəmi və "Patriot" zenit-raket kompleksləri yerləşdirib.

Milli.Az