Türkiyənin tanınmış rejissoru dünyasını dəyişdi

22 May 2019 22:50

Türkiyənin tanınmış rejissoru Yavuz Özkan dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rejissor dünən reanimasiyaya yerləşdirilmişdi. 

Qeyd edək ki, indiyədək 44 film çəkən Özkan 27 müxtəlif mükafatın sahibidir. Onun məşhur filmləri arasında "Mədən", "Dəmir yolu", "Film bitdi", "Xərçəng səbəti", "Bir qadının anatomiyası və başqaları yer alır.

Milli.Az