Restoranda yer ayırdıb getməyənlər cəzalandırılacaq

22 May 2019 22:14

Rusiyanın Restoran və Otel İdarəçilik Federasiyası rezervasiyalarla bağlı təklif irəli sürüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, restoranlarda yer ayırdıb daha sonra getməyənlər buna görə cəzalandırılacaq. Buna səbəb Rusiyada restoranlarda yer rezerv etdirən müştərilərin 30%-nin daha sonra məkana getməməsidir. Yeni sistemə görə isə rezervasiya zamanı müştərinin hesabından bir miqdar məbləğ blok olunacaq.

Müştəri restorana getməzsə, sistem avtomatik olaraq bloklanmış məbləği hesabdan çıxacaq.

Milli.Az