Arsenal klubunun aparıcı oyunçusu Məsut Özil rəsmi Twitter hesabından azərbaycanlılara səslənib.
Milli.Az xəbər verir ki, o, "Azərbaycanlı qardaşlarım! Biz bunu etdik - finaldayıq! Bakıda görüşənədək" - yazıb.
Qeyd edək ki, mayın 29-da Bakının Olimpiya Stadionunda "Arsenal" və "Çelsi" futbol klublarının iştirakı ilə UEFA Avropa Liqasının final oyunu keçiriləcək.
Milli.Az