Aygün Kazımova ərə gedir? - Mətbuat katibi aydınlıq gətirdi

22 May 2019 21:11

Sosial şəbəkələrə Xalq artisti Aygün Kazımovanın yay aylarında ailə quracağı barədə məlumatlar yayılıb. Bildirilir ki, o, duet ortağı Rəsul Əfəndiyevlə evlənəcək. Hətta Rəsul maqazin verilişlərinin birinə sentyabr ayında toy edəcəyini söyləyib. 

Əfəndiyevin tez-tez Kazımova ilə eyni tədbirlərdə görünməsi və birlikdə el şənliklərində çıxış etməsi evlilik barədə iddiaları bir az da gücləndirib.

Milli.Az xəbər verir ki, Oxu.az-ın əməkdaşı bu məlumatın nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün Aygün Kazımova ilə əlaqə yaratmağa çalışıb.

Kazımovanın mətbuat katibi Naid Şadxan yayılan xəbərlərin haradan qaynaqlandığını açıqlayıb:

"Aygün Kazımova Rəsul Əfəndiyevlə "Dola mənə qolunu" mahnısını o qədər qəlbdən ifa edib ki, insanlarda belə bir təəssürat yaranıb ki, onlar sevgilidirlər. Bu sevgi nəğməsini insanlar real bir hadisə kimi başa düşürlər. Əgər Kazımovanın həyatında hər hansı bir yenilik olsa, birinci növbədə sevənləri ilə bölüşəcək. Bu, şayiədən başqa bir şey deyil".

Milli.Az