Löv “Barselona” və “Real”ın futbolçusunu milliyə çağırmadı

22 May 2019 18:09

Almaniya millisinin AÇ-2020-nin seçmə mərhələsində iyunun 8-də Belarus və 11-də Estoniya ilə qarşılaşacağı oyunlar üçün heyəti açıqlanıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Yığmanın baş məşqçisi Yoahim Löv 22 futbolçuya dəvət göndərib. "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen və "Real"ın yarımmüdafiəçisi Toni Kroos isə milliyə çağırılmayıb:

Qapıçılar: Bernd Leno ("Arsenal"), Manuel Noyer ("Bavariya"), Kevin Trapp ("Ayntraxt");

Müdafiəçilər: Mattias Ginter ("Borussiya", Münhenqladbax), Marsel Halstenberq, Lukas Klosterman (hər ikisi "Leyptsiq"), Yonas Hektor ("Köln"), Tilo Kerer (PSJ), Niko Şulz ("Borussiya", Dortmund), Niklas Ştark ("Herta"), Niklas Süle ("Bavariya"), Jonatan Tah ("Bayer");

Yarımmüdafiəçilər: Yuliyan Brandt, Kay Haverts ("Bayer"), Yuliyan Draksler (PSJ), Leon Qoretska, Yozua Kimmih (hər üçün "Bavariya"), İlkay Gündoğan ("Mançester Siti");

Hücumçular: Timo Verner ("Leyptsiq"), Leroy Sane ("Mançester Siti"), Marko Roys ("Borussiya", Dortmund), Serj Qnabri ("Bavariya").

Milli.Az