"Səbail"dən ilk rəsmi transfer

22 May 2019 17:19

Premyer Liqada mövsümü üçüncü pillədə başa vuran "Səbail" ilk transferini reallaşdırıb.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, paytaxt klubu "Zirə"dən ayrılan Kamal Bayramovu rənglərinə bağlayıb. 33 yaşlı əlcək sahibi gələn mövsümün sonuna qədər "dənizçilər"də çıxış edəcək.

Bayramov 2015-ci ildən "Zirə"nin şərəfini qoruyurdu.

"Səbail" Ruslan Qurbanov, Tamazi Tsetsxladze, Tome Kitanovski, Enrike Perilyo və İmanol İriberri ilə yolları ayırıb, Rahid Əmirquliyev, Aleksandr Rıbka, Ağabala Ramazanov, Şəhriyar Rəhimov və Vüqar Bəybalayevlə müqaviləni uzadıb.

Milli.Az