Tramp İrlandiya səfəri zamanı oğullarına məxsus hoteldə qalacaq

22 May 2019 16:39

ABŞ Prezidenti Donald Tramp İrlandiyaya səfəri zamanı öz oğullarına məxsus hoteldə qalacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, D.Tramp səfərin iyunun 5-də baş tutacaq.

İkigünlük səfəri müddətində o, "Trump International Golf Links and Hotel" kompleksində qalacaq.

Qeyd edək ki, 218 otaqdan ibarət olan hotel və qolf kompleksini Donald Tramp 2014-cü 15 milyon dollara əldə etmişdi. O, prezident seçildikdən sonra kompleks onun oğulları Erik və Donaldın mülkiyyətinə keçib.

Milli.Az