Baş nazir 16 dəqiqəyə istefa verdi

22 May 2019 15:59

Bu gün Ukrayna Nazirlər Kabinetinin 16 dəqiqə davam edən iclasında baş nazir Vladimir Qroysman rəsmən istefa verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu, mövcud hökumətin tarixində ən qısa iclas olub. 

Qroysman öncədən saat 11:00 üçün planlaşdırılmış iclası saat 11:16-da açıb və saat 11:32-də bitirib.

Bu 16 dəqiqə ərzində Vladimir Qroysman istefa bəyanatını təbii bir addım hesab etdiyini bildirib.

Milli.Az