Özünü ürəyindən vurdu, sağ qaldı - FOTO

23 May 2019 15:33

47 yaşlı kişi arbaleti sinəsinə dayayaraq tətiyi çəkib. Ox onun ağciyərindən keçərək ürəyinə girib. O, ürəyində ox xəstəxanaya çatdırılıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay İtaliyanın şimalındakı Aosta vilayətindəki kəndlərdən birində yaşanıb.

Turin şəhərindəki "Molinette" hospitalına aparılan və ürəyində 30 sm uzunluğunda ox olan 47 yaşlı kişi professor Mauro Rinaldinin rəhbərliyi ilə dərhal əməliyyat olunub.

Cərrahlar oxu çıxarıblar.

Pasiyent hazırda hospitalın intensiv terapiya bölməsindədir.

Milli.Az