"Camaatın qızını bazarda satırlar?" - Efirdə "BAYAĞI" SÖHBƏT- FOTO

22 May 2019 14:10

Tarix Əliyev (Tolik) aparıcısı olduğu proqramda bayağı mahnılar mövzusuna xüsusi yer ayırıb.

Milli.Az xəbər verir ki, aparıcı toylarda səsləndirilən bir çox köhnə mahnılarımızı bu qəbildən mahnılara daxil edib.

Tolik efirdə bayağı hesab etdiyi bir neçə mahnının adını çəkib:

"Elə mahnılar var ki, mən o mahnını qəbul edə bilmərəm. Bəy gəlinlə oynayır və o məqamda oxuyur ki, "Allah bu ceyranı hardan almısan. Yalvarıb-yalvarıb tora salmısan". Elə bil camaatın qızı balıqdı, tor atıb tutub. Bazarda satırlar bəyəm camaatın qızını?! Bu bayağılığın bir növüdür. Sonra deyir "Budur gəlir cüt bacı, biri başımın tacı". Birincisi baldız baş tacı ola bilməz. Baş tacı olar ana, qayınana". 

Manaf Ağayev aparıcının sözlərinə "Yazan elə yazıb da. "Bağa girdim üzümə, tikan batdı dizimə. Əyildim çıxartmağa, yar sataşdı gözümə". Ayaq altında yar olur?" ifadələri ilə reaksiya verib.

Manafın sözləri Şəbnəm Tovuzlunun gülüşünə səbəb olub.

Məhəmməd Vaqif
Milli.Az