Möcüzəvi qarışımla ürəyinizi xəstəlikdən qoruyun - EVDƏ HAZIRLAYIN

22 May 2019 23:24

Cəfəri, sarımsaq və limon suyu qarışığı ilə ürək sağlamlığınıza yenidən qovuşun. Milli.Az medicina.az-a istinadən bu faydalı qarışımın hazırlanma qaydasını təqdim edir.

Lazım olanlar:
  
• 10-12 cəfəri
• 1 diş sarımsaq
• 2 yemek qaşığı limon suyu
• Yarım stəkan su

Hazırlanma qaydası:
 
Cəfəriləri təmiz suda yaxşıca yuyun. Təzə dərilmiş olmasına diqqət edin. Yuyulmuş cəfəriləri saplaqları ilə birgə blenderdən keçirin. Limonun suyunu sıxıb cəfərinin üzərinə əlavə edin. Sarımsaqları xırda-xırda doğrayıb, qarışığın içinə atıb qarışdırın. Daha sonra suyu da əlavə edin. Biraz qarışdırdıqdan sonra stəkana tökün. Müəyyən müddət gözlədikdən sonra için.
 
Tətbiq edilmə qaydası:
 
Hazıladığınız məhlulu ilk üç gün eyni formada qəbul edin. Növbəti 3 gün isə sarımsaq əlavə etmədən hazırlayıb için. Növbəti dəfə isə yenidən sarımsaqlı qəbul edin. 9 gün ərzində istifadə edə bilərsiniz. Bu müddət bitdikdən sonra 3 gün fasilə verib, yenidən eyni formada başlamaq lazımdır. İki səfərlik istifadəsi zəruridir.
 
Bu qarışığın faydaları nələrdir?
 
Cəfəri, sarımsaq, limon qarışığı xüsusi ilə ürək problemlərində təsirlidir. Ürək xəstəliyindən əziyyət çəkir və bu istiqamətdə müalicə alırsınızsa, eyni zamanda bu qarışıqdan da istifadə edə bilərsiniz. Lakin ilk olaraq həkiminizlə məsləhətləşin. Hazırlanan qarışıq cəmi 18 günə öz təsirini göstərəcək.
 
Cəfəri, sarımsaq, limon qarışığının faydaları:
 
• Ürək daçmarlarını açır
• Ürəyi qidalandıran damarların tıxanmasının qarşısını alır.
• Damarlarda kirəclənməni əngəlləyir.
• Ürək damarlarında yağlanmanın qarşısını alır.
• Damarlarda qanın fəaliyyətini nizamlayır.
• Ürək damar tıxanmasını.
  
Qeyd: Bu vasitə aşağı təzyiqi olanlara məsələhət deyil.

Milli.Az