Kanal rəhbərinin başı biabırçı reklamlara görə dərddə

22 May 2019 15:32

Türksat-da yayımlanan "Shopping tv"nin rəhbərinə qarşı dələduzluq edilib.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, kanalın görmə qüsurlu rəhbəri Güven Arık mühasibatçısı Muharrem Ç.-nı məhkəməyə verib.

Güven Arıkın dediyinə görə, gözlərinin zəif olmasından istifadə edən işçisi kanalda əxlaqsız reklamlar yayımlayıb və ona sənədlər imzaladaraq şirkəti ələ keçirib.

O bildirib ki, kanalla bağlı edilən şikayətlər sayəsində efirə əxlaqsız reklamların getdiyini öyrənib. Güven Arık onun 10 il müddətinə həbs olunmasını tələb edib.

Emin
Milli.Az