Samsung AddWash paltaryuyan maşınları ilə ideal təmizlik

23 May 2019 10:00

Adət etdiyimiz yuyucu toz 1876-ci ildə icad edilmişdir. Çəki ilə satılan digər yuyucu vasitələrdən fərqli olaraq, sözügedən toz xüsusi bağlamalarda satışa çıxarılırdı. O zamanlar belə yuyucu tozun ən vacib xüsusiyyəti onun köpüklənməsi hesab edilirdi, belə ki, köpüyün çoxluğu ləkələrin bir o qədər asan yuyulması deməkdir. Bu təcrübəni günümüzə köçürən Samsung EcoBubble texnologiyalı AddWash paltaryuyan maşınlarını təqdim edir.

EcoBubble köpüklə yuma prossesidir ki, sadə sözlə desək, bu texnologiya ilə təchiz olunmuş paltaryuyan maşınları su və yuyucu vasitədən ibarət məhlulu hava ilə zənginləşdirməyə qadirdirlər. Sözügedən bu qarışım parça məsamələrinə daxil olaraq hətta ən çətin ləkələri belə aradan qaldırır. Geyimlərin köpükdə isladılması ləkələrin daha effektiv yuyulmasını təmin edir.  

EcoBubble su və elektrik enerjisi sərfiyyatını azaldaraq toz və ya maye yuyucu vasitələrin əriyib köpüklənməsinə sərf edilən zamanı minimallaşdırır. Burada digər paltaryuyan maşınlardan fərqli olaraq oksigen ilə zənginləşdirilmiş məhlulun hazırlanmasına 30% daha az su istifadə edilir, həmçinin suyun qızdırılmasına ehtiyac qalmır, belə ki, hətta 30° soyuq suda belə mükəmməl təmizlik təmin edilir.  İnverter mühərriki ilə birlikdə isə AddWash paltaryuyan maşınları enerji effektivliyinə, minimal səs göstəricilərinə və uzun istismar müddətinə malikdir. Daha az elektrik enerjisi istifadə edərək, inverter texnologiyası, köhnəlmə prossesini ləngidərək, daha yüksək davamlılığı təmin edir.  

Samsung AddWash paltaryuyan maşını yuyucu vasitələrin geyim üzərindən daha təmiz yuyulmasına kömək edir. Qeyd etmək lazımdır ki, EcoBubble texnologiyası yuyucu tozu hətta soyuq suda belə bütövlükdə əridərək heç bir məhlul izini geyim üzərində saxlamadan mükəmməl təmizliyi təmin edir.  Bu məqam, uşaq geyimləri və ya kimyəvi vasitələrə allergiyası olan ailə üzvlərinizin paltarlarını yuduqda çox vacibdir.

Bu texnologiya, həmçinin geyimlərin tez köhnəlməsinin qarşısını alır. Köpük paltarları xüsusi qat ilə örtərək, onları mexaniki zədələrdən qoruyur.  

AddWash paltaryuyan maşınında nəinki ideal təmizlik əldə edə bilər, həm də AddDoor qapısı sayəsində yumanın istənilən anında geyim əlavə edə bilərsiniz. Belə ki,  sadəcə "Pause" düyməsini basaraq unudulmuş paltarları bir yuma prossesinə tər-təmiz edə bilərsiniz.   

Samsung AddWash paltaryuyan maşınları ilə daha az su və elektrik enerjisi sərf edərək daha mükəmməl nəticələr əldə edə bilərsiniz.

Samsung Add Wash paltaryuyan maşınları haqqında əlavə məlumatı Baku Electronics, Kontakt Home, Maxi.az və Optimal mağazalar şəbəkələrindən əldə etmək olar.