Azərbaycan-Gürcüstan sərhədi üzrə komissiyanın iclasının vaxtı açıqlandı

22 May 2019 13:34

Azərbaycan-Gürcüstan sərhədi üzrə komissiyanın iclası Bakıda keçiriləcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Xələf Xələfov ilə Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsaliyanın rəhbərliyi ilə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı Komissiyanın növbəti iclası bu ilin 23-24 may tarixlərində Bakı şəhərində keçiriləcək.

Milli.Az