"İstəyirdi bizi polisə ərə versin" - Elzadan GÖZLƏNİLMƏZ ETİRAF - FOTO

22 May 2019 12:21

Biz 4 bacı da qızlar bulağından su içəndən qapımızda elçilərin sayı-hesabı olmayıb.

Milli.Az xəbər verir ki, bunu "5/5"də əməkdar artist Elza Seyidcahan deyib.

Xanım sənətçi anasının onları polis işçisinə ərə vermək istədiyini də etiraf edib:

"Mənim anam həmişə deyirdi ki, "Mən qızlarımı polisə ərə verəcəm". Anam polis sənətini sevirdi. Çünki mənim atamın arzusu olub ki, böyük bacım Lalə polis olsun. Çoxu da cürət edib, bizim qapımıza elçi gəlməyiblər. Anam çoxuna "yox" dediyi üçün bizimlə əməlli-başlı qanlı-bıçaq olan adamlar var idi". 

Məhəmməd Vaqif
Milli.Az