“Arsenal”da Bakı finalı öncəsi daha bir itki

22 May 2019 13:25

"Arsenal" Bakıda keçiriləcək "Çelsi" ilə Avropa Liqasının final matçına ciddi itki ilə çıxa bilər.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, London klubunun müdafiəçisi Sead Kolaşinaç zədələnib.

UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, bosniyalı futbolçu məşqlərdə iştirak etsə də, yüngül zədəsi var. Bu üzdən də 25 yaşlı futbolçunun Bakıdakı həlledici görüşdə meydana çıxıb-çıxmayacağı bilinmir.

Kolaşinaç cari mövsümdə "Arsenal"ın heyətində bütün turnirlər daxil olmaqla 35 oyuna çıxıb və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az