İzləyicisinin "Cırmaqlaşa-cırmaqlaşa bir oğlan qazandın" şərhinə Sevdadan cavab

22 May 2019 12:16

Müğənni Sevda Sanəliyeva ona şərh yazan izləyicisini təhqir edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi oğlu Elgünün fotolarını yayımlayıb. Bir izləyicisinin "Cırmaqlaşa-cırmaqlaşa bir oğlan qazandın" şərhi Sevdanı özündən çıxarıb.

Müğənni onu hədələyərək "Başa düşmədim. Cırmaqlaşmağı nə məna ilə dedin? Bilmədim, amma ağzını cırıb, səni doğulmağına peşman eləyərəm, bundan əmin ol. Soyumaram, parçalayaram səni. Hansı şəklin altına nə rəy yazdığına diqqət elə" cavabını verib.

Qeyd edək ki, Sevdanın ilk evlilikdən bir oğul, ikinci nikahından qız övladı var.

Milli.Az