Azərbaycan millisi Xorvatiya klubu ilə heç-heçə etdi

22 May 2019 13:06

Sloveniyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, Xorvatiyanın "Slaven Belupo-2" komandası ilə qarşılaşan Milan Obradoviçin rəhbərlik etdiyi milli 1:1 hesablı heç-heçə edib.

Yığmamızın heyətində İsmayıl İbrahimli fərqlənib.

Milli.Az