Fransa Türkiyəyə hava hücumundan müdafiə sistemləri yerləşdirməyi təklif edib

22 May 2019 12:25

Fransa Türkiyədə hava hücumundan müdafiə sistemləri yerləşdirməyi təklif edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, belə bir təklifin olması barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar bildirib.

Nazirin sözlərinə görə, Fransa Türkiyədə müvəqqəti olaraq SAMP-T sistemini yerləşdirməyi təklif edib:

"Bununla bağlı danışıqlar aparılır. Fransanın bu istiqamətdə təkliflərini dəyərləndiririk."

Milli.Az