Bakıda kişi itkin düşdü

22 May 2019 07:34

Bakıda 70 yaşlı kişi itkin düşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Binəqədi rayonu, Rezervuar 160 küçəsi, ev 57-də yaşayan 1949-cu il təvəllüdlü Həsənov Nurəddin Qaməd oğlu mayın 18-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az