Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Milli.Az-a bildiriblər ki, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Tuğ qəsəbəsi ərazisindən 2 ədəd 16 kalibrli, "Toz" markalı ov silahları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az