Bakıda avtomobil piyadanı vurub qaçdı - VİDEO

21 May 2019 18:11

Bakının Nəsimi rayonunda avtomobilin piyadanı vurub qaçması kameraya düşüb. 

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, görüntülər sosial şəbəkədə paylaşılıb. 

Hadisə Rəşid Behbudov küçəsi ilə Süleyman Rəhimov küçəsinin kəsişməsində baş verib. 

Sola dönmə edən 90-OZ-401 markalı avtomobil piyadalar üçün nəzərdə tutulmuş keçiddən keçən qadını vurub və hadisə yerindən qaçıb. 

Videodan göründüyü kimi, qadın qolundan yüngül xəsarət alıb. 

Qeyd edək ki, sürücünü bu qayda pozuntusu səbəbindən Yol hərəkəti haqqında qanuna görə 3 bal, 60 manat cərimə cəzası gözləyir. 

Milli.Az