Koçaryan Moskvanın mərkəzində döyüldü

21 May 2019 17:14

Rusiyanın paytaxtı Moskvanın mərkəzində televiziya işçisi, realiti-şounun aparıcısı Karen Koçaryan döyülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, əslən erməni olan Karen Koçaryan realiti-şouda iştirak edən gənclərin valideynləri tərəfindən döyülüb.

Belə ki, realiti-şouda bəzi nömrələr onların xoşuna gəlməyib və gənclərin yaxınları verilişdən sonra aparıcını döyüblər.

Jurnalist ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Milli.Az