Ramal səhifəsində "krevetka" paylaşanlara lağ etdi

21 May 2019 18:29

Müğənni Ramal İsrafilov İnstaqram səhifəsində reklam paylaşan həmkarlarını tənqid edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "X maqazin" verilişində deyib ki, sənət adamına bunu yaraşdırmır. Ramal səhifəsində "krevetka" paylaşanları ələ salıb:

"Yaraşdırmıram sənətçi dostlarıma bunları. Xahiş edirəm, səslənirəm sənətçi dostlarıma ki, tamaşaçı qarşısında krevetka soyub yeməyin.

Sənətçiyə yaraşmır, evimdə oturub paylaşım ki, filankəsdən ətir aldım? Mən nə ayaqqabı, nə ətir, nə yemək yemək, nə də krevatka istəyirəm. Gedib pulumu verib alıram. Tamaşaçı bizim orada sənətimizi görmək istəyir".

Ramal İnstaqramda bütün sənətçiləri izləmədən çıxarmasının səbəbini açıqlayıb:

"Orada tez-tez olan paylaşımlar məni yordu. Şəkilləri, videoları narahat edirdi, vaxtımı alırdı. Mən də sildim hamısını. Fanatlarımla baş-başa qaldım".

İsrafilov onu tənbəl adlandırıb, gündəmdən kənar qaldığını deyənlərə sərt cavab verib:

"İkinci planda qalmamışam. Tək yerli yox, türk sənətçilər üçün də mahnılar yazıram. Bir mahnı yazmaq 2-3 ay vaxtımı alır".

Milli.Az