Ağstafada qatar 11 yaşlı uşağı vurub öldürdü

21 May 2019 18:09

Ağstafada qatar məktəblini vuraraq öldürüb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Ağstafa rayonunun Böyük Kəsik stansiyası yaxınlığında qeydə alınıb.

Dəmiryolunu qarşı tərəfə keçmək istəyən Ağstafa rayon Böyük Kəsik kənd sakini, 2008-ci il təvəllüdlü Əhmədov Elbrus İlham oğlunu qatar vurub. O, aldığı xəsarətlərdən ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az