Putin Sarkisyanı saya salmadı

20 Mart 2015 13:25
Rusiya prezidenti Vladimir Putin bu gecə Astanaya gəlib.

Milli.Az anspress-ə istinadən bildirir ki, Rusiya prezidenti Qazaxıstan paytaxtında bu ölkənin prezidenti Nursultan Nazarbayev və Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşəcək.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, üç dövlətin başçısı həm də Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.

Görüşdə Avrasiya İttifaqına daxil olan ölkələrin liderləri iştirak etsə də, İttifaqın tam hüquqlu üzvü olan Ermənistan lideri Serj Sarkisyan dəvət edilməyib. Erməni ekspertlər bunu Moskvanın Ermənistanı tanınmamış Abxaziya səviyyəsinə endirməsi ilə izah edirlər. Yəni Astanaya müstəqil dövlətlərin başçıları gedir ki, Ermənistan bu sıraya daxil deyil.
 

Milli.Az