Rusiyada azərbaycanlı “07” ilə “avtoşluq” etdi, qəzaya düşdü - VİDEO

21 May 2019 10:31

Rusiyada azərbaycanlıların olduğu avtomobil karvanındakı maşınlardan biri qəzaya uğrayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisənin görüntüsü sosial şəbəkədə yayımlanıb.

Videodan görünür ki, üzərində Azərbaycan bayrağı olan "VAZ-2107" markalı avtomobilin sürücüsü "avtoş"luq etmək istəyən zaman idarəetməni itirib və qarşıdan gələn avtomobillə toqquşub.

Hadisənin dəqiq başvermə yeri, ölən və xəsarət alanlarla bağlı heç bir məlumat yoxdur.

Milli.Az