Türk aktrisası və müğənni Banu Alkan qatıldığı proqramda maraqlı açıqlamalar verib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, o, özünü ölkənin ən namuslu qadını adlandırıb.
Plastik əməliyyat etdirmədiyini deyən Alkan özünün hələ də zirvədə olduğunu bildirib:
"Biz Türkiyə kinosunun ulduzları olaraq son nəsilik. Bizdən sonra gələn olmadı. Beren Saata ulduz deyirsiz, o ulduz deyil, olmağa çalışır. İki-üç film çəkməklə, ulduz olmaq mümkün deyil. Mənim gəncliyim çəkiliş meydançalarında keçib".
Keçmiş vaxtlardan da söz açan 61 yaşlı aktrisa hazırda yaxşı yaşadığını, maddi sıxıntısının olmadığını deyib:
"Hamının çətin günləri olur. Mən vaxtilə saçımın rəngini dəyişmək üçün Parisə gedirdim. Qəzetlər həftələrlə bundan yazırdılar. Yanacaq almağa pulumun olmadığı vaxtlar da olub".
Milli.Az