Misir fironu Tutanhamonun amuleti başqa planetdən gətirilib - Elmi təsdiq

22 May 2019 01:30

Kertin universitetinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, alimlər qədim Misir fironu Tutanhamonun amuletinin hazırlandığı sarı şüşənin haradan gəldiyini aşkar ediblər.

Mütəxəssislər 29 milyon il əvvəl Qərbi Misir ərazisində formalayan sirkonun bir hissəsini tədqiq ediblər. Məlum olub ki, materialın tərkibində reydit mineralının izi var. Reydit mineralı isə meteorit düşməsi zamanı yaranan yüksək təzyiqlə yaranır. Alimlər qeyd ediblər ki, şüşənin mənbəyi barədə müzakirə 100 il davam edib. Alimlər əvvəlcə güman edirdilər ki, şüşə yer səthindən yuxarıda güclü atmosfer partlayışı nəticəsində yarana bilərdi.

Qeyd edək ki, firan Tutanhamon eramızdan əvvəl 1341-1323-cü illərdə Yeni Çarlıq dövründə Misiri idarə edib.

Milli.Az