Bu peşə məktəblərinin nümunəvi nizamnaməsi təsdiqləndi

21 May 2019 09:32

Nazirlər Kabineti "Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi"ni təsdiq edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Bu qərarla "Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisəsi nəzdində olan peşə məktəbinin nümunəvi Nizamnaməsinin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 1994-cü il 16 iyun tarixli qərarı ləğv olunub.

Milli.Az