Azərbaycanda teplovoz yandı

21 May 2019 09:18

Masallı rayonunun Təzəkənd kəndində "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus teplovozunun mühərrik və salon hissəsi qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, digər teplovoz və vaqonlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az