Moskvaətrafında “zapravka” partlayıb, ölənlər var

20 May 2019 18:27

Moskvaətrafında yerləşən Serpuxov şəhərində yanacaqdolduma məntəqəsində qaynaq işləri aparılan zaman partlayış olub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə region üzrə FHN nümayəndəsi Fyodor Polşin bildirib.

Qaynaq işləri boş ərazidə aparılsa da, partlayış baş verib. Nəticədə 3 nəfər ölüb, 1 nəfər yaralanıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az