Əməkdar artistdən canlı yayımda Zaura SƏRT REAKSİYA: Bu aparıcılar... - FOTO

20 May 2019 17:37

Zaur Kamalın aparıcısı olduğu proqramda Yusif Mustafayevdən yaşını soruşması əməkdar artist Baloğlan Əşrəfovun narazılığı ilə qarşılanıb.

Milli.Az xəbər verir ki, əməkdar artist aparıcının bu addımına etirazını bildirib:

"Azərbaycan yeganə yerdir ki, bu aparıcılar müğənnilərdən yaş soruşurlar. Belə şey olmaz e!"

Zaur müğənninin sözlərinə "Niyə gizlədirsiniz yaşınızı?" sualı ilə reaksiya verib. 

Əməkdar artist aparıcıya emosional cavabı ilə diqqət çəkib:

"Mən ömür boyu yaş gizlətməmişəm. Azərbaycanda bəlkə də yeganə adamam ki, hələ mənim 20 yaşım olanda deyirdim ki, mənim 30 yaşım var".

Məhəmməd Vaqif
Milli.Az