Messi mövsümü rekordla tamamladı

20 May 2019 19:04

İspaniya La Liqasının son turunda Eibar-la qarşılaşmada (2:2) dubl edən "Barselona"nın kapitanı Lionel Messi mövsümü bombardir kimi tamamlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 36 qolun müəllifi olan argentinalı superulduz ən yaxın izləyicisini 15 top qabaqlayıb.

Bununla Leo sabiq "Real"lı Uqo Sançesin rekordunu yeniləyib. Sançes 1986-87 mövsümündə 34 qolla Piçiçi mükafatını əldə edəndə ən yaxın izləyicisi olan "Barselona"lı Qari Linekeri 20 top üstələyib.

Bu mövsüm bütün turnirlərdə qollarının sayını 50-yə çatdıran Messi karyerasında 6-cı dəfə buna nail olur.

Messi eyni zamanda karyerası ərzində 6-cı dəfə "Qızıl buts" mükafatına yaxındır. Hazırda yalnız PSJ-nin hücumçusu Kilian Mbappenin ona çatmaq şansı var. Fransa çempionatında sona 1 tur qalmış gənc forvard "Barsa"nın kapitanından 4 qol geri qalır.

Milli.Az