Ata 2 yaşlı qızını öldürdü - Azərbaycanda

20 May 2019 17:44

Kürdəmir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. 
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, Kürdəmir rayonunun Xırdapay kənd sakini N.Nərimanov evinin həyətindən "Mercedes" markalı avtomobillə çıxarkən darvazanın yaxınlığında dayanmış qızı, 2 yaşlı Zəhranı vurub. Nəticədə uşaq hadisə yerində ölüb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az