Bu aeroportda pulsuz su aparatları qoyulacaq

20 May 2019 22:51

Riqa beynəlxalq aeroportunun gəliş zalında pulsuz su aparatları quraşdırılacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, aparatlar gəliş üçün nəzərdə tutulmuş hər iki zalda- baqajların təhvil alınması və Şengen zonasına daxil olmayan ölkələrdən gələnlərin yoxlama zalında olacaq.

Aeroportun rəsmi məlumatında bildirilir ki, sözügedən yeniliyə 4 min avro vəsait ayrılıb.

Milli.Az