Remzi "Arsenal"ı dəstəkləmək üçün Bakıya gələcək

20 May 2019 16:28

"Arsenal"ın yarımmüdafiəçisi Aaron Remzi komandasını Avropa Liqasının finalında yalnız buraxmayacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ulduz futbolçu mayın 29-da "Çelsi" ilə final qarşılaşması üçün Bakıya gələcək.

Zədəli olduğu üçün mövsümü başa vuran Remsi hazırda ailəsi ilə birlikdə Portuqaliyada dincəlir. Futbolçu "Arsenal"ın oyunçusu kimi son vəzifəsini yerinə yetirəcəyini, komandanı Bakı Olimpiya Stadionunun tribunasından dəstəkləyəcəyini vurğulayıb.

Qeyd edək ki, Remzi məhz Avropa Liqasının final görüşündən sonra "Arsenal"la yollarını ayırıb, "Yuventus"la 4 illik müqavilə imzalayacaq.

Milli.Az