"60 saniyəyə qaçırmalı" filmindəki avtomobil Praqada sərgiyə qoyulub

20 May 2019 23:10

Praqadakı Vıstavişte (çex dilindən tərcümədə "sərgi" deməkdir) mərkəzində keçirilən sərgidə minə yaxın raritet avtomobil nümayiş etdirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, avtomobil həvəskarları üçün əsl bayram olan bu sərgi "Legendı-2019" adlanır. Bu ad tədbirin mahiyyətinə həqiqətən uyğun gəlir, çünki sərgidə nümayiş etdirilən eksponatlar arasında "Bugatti Chiron", "Pagani", "McLaren", "Porsche", "Ferrari" və "Aston Martin" kimi maraqlı avtomobilləri görmək olar.

"60 saniyəyə qaçırmalı" filminin qəhrəmanı Nikolas Keycin öz sifarişçiləri üçün qaçırdığı "Ford Mustang "Eleonor" avtomobili isə sərgiyə gələnlərin xüsusi marağına səbəb olub.

Milli.Az