İstanbulun mərkəzində SİLAHLI HÜCUM

20 May 2019 14:00

İstanbulun mərkəzində silahlılar avtomobilə hücum ediblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, silahlılarla avtomobildə olanlar arasında atışma qeydə alınıb. Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.

Hücum edənlər avtomobildə olan 4 kiloqram qızılı ələ keçirərək hadisə yerindən uzaqlaşıblar.

Hazırda soyğunçuların axtarışları aparılır.

Milli.Az