Müğənni səhnədə öldü - ANBAAN VİDEO

20 May 2019 14:18

"Los Del Fuego" musiqi qrupunun solisti Xuan Karlos Masçeroni Argentinada səhnədə çıxış edərkən infarkt keçirib və vəfat edib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, solistin səndələyərək yerə yıxıldığı anlar tamaşaçılardan biri tərəfindən lentə alınıb.

Hadisə Argentinanın paytaxtı Buenos-Ayresdə baş verib. "Los Del Fuego" musiqi qrupunun 59 yaşlı solisti Xuan Karlos səhnədə çıxış edərkən qəflətən yerə yıxılıb. Yerli Argentina mətbuatı isə müğənninin infarkt keçirərək dünyasını dəyişdiyini yazıb.

Milli.Az