Mbappedən ayrılıq siqnalı - "Zaman yetişib"

20 May 2019 16:05

Fransa I Liqasında mövsümün ən yaxşı futbolçusu seçilən PSJ-nin hücumçusu Kilian Mbappe gələcək karyerasından danışıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, 20 yaşlı futbolçu Paris klubundan ayrıla biləcəyini deyib:

"Bu mövsüm bəzi üzüntülər yaşadıq, ancaq liqada qalib olmağı bacardıq. Buna görə də çox xoşbəxtəm. Karyeramın ilk və ya ikinci vacib dönüş nöqtəsindəyəm. Burada çox şey öyrəndim. Artıq PSJ və ya başqa yerdə məsuliyyəti üzərimə daha çox götürmək istəyirəm. Bunun üçün zaman yetişib".

Mbappenin PSJ ilə müqaviləsi 2023-cü ilə qədərdir. Fransalı futbolçu bu mövsüm 42 oyuna 38 qol vurub, 17 assist edib.

Milli.Az