Erməni hərbçi qəzada öldü - FOTO

20 May 2019 16:24

Ermənistanın Armavir vilayətində ağır yol qəzası nəticəsində erməni hərbi qulluqçu həyatını itirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, ötən gün yerli vaxtla 19:30 radələrində Armavir-Karakert yolunda "Mercedes" və "QAZ 3110" markalı avtomobillər toqquşub.

Yol qəzası nəticəsində hərbi hissələrdən birinin serjantı ölüb. Hadisə ilə əlaqədar xəstəxanaya üç nəfər çatdırılıb. İnsidentlə bağlı cinayət işi açılıb.

Milli.Az