Taekvondoçumuz ardıcıl ikinci dəfə dünya çempionu oldu

20 May 2019 12:52

İngiltərənin Mançester şəhərində taekvondo üzrə dünya çempionatı keçirilir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, yarışın son günündə Azərbaycan millisi qızıl medal qazanıb.
 
Kişilərin mübarizəsində 80 kq çəki dərəcəsində yarışan Milad Beigi Harçeqani final görüşünə çıxıb. Yarımfinalda Cənubi Koreya idmançısını məğlub edən təmsilçimiz həhlledici mərhələdə yunanıstanlı Apostolos Telikostoqlunu 22:12 hesabı ilə məğlub edərək karyerasında ikinci dəfə dünya çempionu tituluna yiyələnib.
 
Qeyd edək ki, daha öncə Fəridə Əzizova (67 kq) yığmamıza bürünc medal qazandırıb.

Milli.Az