Azərbaycanda dəhşətli qəzada ölən tələbənin görüntüləri yayıldı - Atası Ümrə ziyarətindədir - FOTO

20 May 2019 10:08

Astarada baş vermiş ağır yol nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişən 18 yaşlı Qadir Baxşıyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi olub.

Milli.Az buta.media-ya istinadən xəbər verir ki, hadisə dünən Astara rayonunun Şüvi kəndi ərazisində baş verib.

Həmin kəndin sakini,17 yaşlı Şəhriyar Əsgərovun idarə etdiyi "VAZ 21011" markalı, 99 RU 131 dövlət qeydiyyat nişanlı avtomobil Astara rayonu Siyətük kənd sakini, 37 yaşlı Şamradov Məmməd Şükür oğlunun idarə etdiyi "Mercedes" markalı, 99HD 377 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub.

Nəticədə "VAZ 21011"də olan sənrişin, Astara rayonu Şüvi kənd sakini, 18 yaşlı Baxşiyev Qadir Kamil oğlu hadisə yerində dünyasını dəyişib. 17 yaşlı sürücü Şəhriyar Əsgərov isə ağır bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, ölən Qadir Baxşıyev evin tək oğlu olub. Onun atası hazırda Ümrə ziyarətindədir.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Dəhşətli qəzada vəfat edən Qadirin bəzi fotolarını təqdim edirik.

Milli.Az