"Qalatasaray" - çempion! - FOTO

19 May 2019 22:08

Türkiyə Superliqasının 33-cü turunda "Qalatasaray" "Başakşehir"lə görüşdü. Milli.Az bildirir ki, oyun 2:1 hesabı ilə "Qalatasaray"ın xeyrinə bitdi və bu oyundan sonra "Cim Bom" 69 xal yığaraq çempion oldu. İkinci yerdə olan "Başakşehir"in 66 xalı var, üçüncü "Beşiktaş"ın 62 xalı. Sonucu turda "Qalatasaray" uduzsa, "Başakşehir" isə udsa xalları bərabər olacaq, amma aralarında keçirilən görüşlərə görə (1:1, 2:1) "Qalatasaray" üstün olacaq.

"Qalatasaray" - "Başakşehir" - 2:1

Qollar: Fequli (47), Onyekuru (64); Bayiç (17).

Aslan
Milli.Az