"Eurovision"a etiraz edən 6 nəfər saxlanılıb, 2 polis yaralanıb

19 May 2019 20:40

İsrail polisi "Eurovision" mahnı müsabiqəsi ərəfəsində Şabatın (yəhudilərin istirahət günü) pozulmasına etiraz edən ultra-dini yəhudi icmasının 6 nümayəndəsini saxlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iudaizm ənənələrinə görə şənbə günü hər hansı məhsuldar fəaliyyət qadağan edilsə də, müsabiqənin finalının həmin gün keçirilməsi etirazlara səbəb olub. 

Saxlanılanlar ictimai asayişi pozmaqda və polisə hücum etməkdə günahlandırılır.

Hücum zamanı 2 polis əməkdaşı yaralanıb.

Milli.Az